Tibb

19 Aprel

Netflix-in xalis mənfəəti bu qədər olub

Netflix bu ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, buna görə şirkətin ilin ilk rübündəki gəliri üzvlük artımları və qiymətlər səbəbiylə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 15% artaraq 9,4 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 8,2 milyard dollar olaraq qeyd edilib.

Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 79 faiz artaraq 2,3 milyard dollara çatıb. Netflix-in keçən ilin ilk rübündə xalis mənfəəti 1,3 milyard dollar olub.

Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 2,88 dollardan 5,28 dollara yüksəlib.

Netflix abunəçilərinin sayı ilin birinci rübündə təxminən 37 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı artaraq 269,6 milyon nəfərə çatıb.

İlin ikinci rübü ilə bağlı proqnozlarını açıqlayan Netflix, gəlirinin 9,5 milyard dollar, xalis mənfəətinin isə təxminən 2,1 milyard dollar olacağını gözlədiyini qeyd etdi.

Günel Məlikzadə
Fins.az