Tibb

18 Aprel

"Google" işdən çıxarmağa davam edir

Google sözçüsü tərəfindən edilən şərhdə, şirkətin prioritetlərə və əhəmiyyətli imkanlara sərmayə qoyduğuna diqqət çəkildi. 

Fins.az xəbər verir ki, bununla da işçilərə şirkət prioritetləri üzərində işləmək imkanı vermək üçün bürokratiyanın azaldıldığı və strukturların sadələşdirildiyi bildirilib.

Bəyanatda qeyd edilir ki, ixtisarlar şirkət miqyasında deyil və təsirə məruz qalan işçilər daxili vəzifələr üçün müraciət edə bilərlər. Nə qədər işçinin və hansı komandaların ixtisarlardan təsirləndiyi barədə məlumat verilməyib.

Bəyanatda restrukturizasiyanın normal iş axınının bir hissəsi olduğu, təsirə məruz qalan işçilərin kiçik bir hissəsinin Hindistan, Çikaqo, Atlanta və Dublin də daxil olmaqla beynəlxalq və yerli sərmayə qoyulmuş mərkəzlərə köçürüləcəyi bildirilib.

Keçən il minlərlə işçisini işdən çıxaran Google bu il müxtəlif bölmələrdə yüzlərlə əməkdaşını ixtisar etmək qərarına gəlib.

Günel Məlikzadə
Fins.az