Google AdSense, niyyətinizi anlayan "reklam niyyətləri" adlı innovativ reklam formatını təqdim etdi.
Fins.az xəbər verir ki, bu format sayt sahiblərinə sayta daxil olarkən istifadəçinin niyyətinə və maraqlandığı mövzuya uyğun reklamlar təqdim etməklə, öz reklam gəlirlərini artırmağa imkan verir.
Reklam niyyətləri formatı avtomatik olaraq məzmununuza uyğun mətnlərə və səhifələrə keçidlər yerləşdirir. Bu linklərə klikləsəniz, istifadəçilər üçün uyğun olan və üzvi axtarış nəticələrini ehtiva edən reklamları göstərən yeni pəncərə açılır. Məsələn, siz bir internet saytında iPhone 15 xəbərlərini oxuyursunuz. Xəbərin məzmununda yerləşdirilmiş " iPhone 15 " linkinə tıkladığınız zaman iPhone 15 ala biləcəyiniz kiçik bir pəncərə açılır.
Google bildirir ki, bu format həm mobil, həm də masaüstü platformalarda işləyir və istifadəçi təcrübəsinə mənfi təsir göstərmədən reklam nümayişini optimallaşdırır. Bundan əlavə, bu reklam formatına uyğun reklamları göstərmək üçün üçüncü tərəf kukilərinə ehtiyac yoxdur, yəni məxfilik qorunur.
Günel Məlikzadə
Fins.az