Tibb

16 Aprel

TSMC-nin xalis mənfəəti 5% artacaq

Süni intellekt proqramlarında istifadə edilən qabaqcıl çiplərin aparıcı istehsalçısı olan Taiwan Semiconductor Manufacturing Co (TSMC) güclü tələbat sayəsində cümə axşamı günü birinci rübdə mənfəətində 5 faiz artım göstərəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, müştəriləri arasında Apple və Nvidia da olan dünyanın ən böyük çip istehsalçısı süni intellektə olan tələbatdan yararlanıb. LSEG SmartEstimate-dən 22 analitikin hesablamalarına görə, TSMC 31 Martda bitən rüb üçün 6,71 milyard dollar xalis mənfəəti açıqlayacaq.

Digər tərəfdən, Fubon Securities analitikləri TSMC-nin önümüzdəki illərdə süni intellektə tələbatla bağlı proqnozunu artıracağını gözlədiklərini söylədi.

Bu ay ABŞ-ın CHIPS Qanunu çərçivəsində TSMC-yə 6,6 milyard dollara qədər birbaşa maliyyələşdirmə və 5 milyard dollara qədər kredit təqdim edəcəyi açıqlandı.

Günel Məlikzadə