Tibb

08 Aprel

Samsung istifadəçilərinə şad xəbər

Samsung, Android 14 əsaslı One UI 6.1 strukturunu yaymağa davam edir. Bu kontekstdə Cənubi Koreya markası bu yaxınlarda 2023-cü ilin flaqman telefonları olan Galaxy S23 ailəsi üçün yeni yeniləmə təqdim etdi. Bununla belə, istifadəçi tərəfindən verilən hesabatlar göstərir ki, yenilik telefonlarda bəzi bezdirici problemlər yaradır. Daxil olan şikayətlərdən sonra “Samsung” şirkəti problemləri etiraf edib və mümkün qədər tez həll edəcəyinə söz verib. 

Fins.az xəbər verir ki, yeniləmə alan Galaxy S23 modellərinin barmaq izi oxuyucularında bəzi problemlər yaşanmağa başlayıb.

Şirkətə yaxın mənbələrdən alınan məlumata görə, Galaxy S23 seriyasındakı One UI 6.1 -in yaratdığı barmaq izi oxuyucusu problemi 2024-cü ilin aprel yeniləməsi ilə aradan qaldırılacaq.

Günel Məlikzadə
Fins.az