Tibb

05 Aprel

Carrefour və Pepsico qiymət mübahisəsinə son

Carrefour və PepsiCo arasında bu yaxınlarda həll olunan üç aylıq qiymət mübahisəsi pərakəndə satıcılar və təchizatçılar arasında münasibətləri dəyişdirən bu cür danışıqların yeni aspektini vurğuladı.

Fins.az xəbər verir ki, iki şirkət qida, içki qrupunun məhsullarının, o cümlədən Pepsi, Doritos çipsləri və Quaker yulaflarının Fransadakı Carrefour rəflərinə qaytarılacağı ilə bağlı razılığa gəldilər.

Məsələ ilə bağlı məlumatı olan mənbələrə görə, bu müqavilə hələ də Belçika, İtaliya, Polşa və İspaniyadakı Carrefour mağazalarını əhatə etməyib.

PepsiCo France, məsələ ilə bağlı X platformasında açıqlama verərək, "Məhsullarımızın Carrefour rəflərinə qayıtmasından çox məmnunuq" dedi.

Xatərıadaq ki, 4 yanvar 2024-cü ildə Carrefour, qiymətlərin artması səbəbindən dörd Avropa ölkəsindəki mağazalarında PepsiCo məhsullarının satışını dayandırdı.

Günel Məlikzadə
Fins.az