Tibb

04 Aprel

Apple və Google-un gələcək planları

Məsələ ilə tanış olan mənbələrə görə, Apple mühəndisləri robotlaşdırılmış məişət texnikası üzərində işləyirlər.

Fins.az xəbər verir ki, “Apple” robot texnologiyasından istifadə edən təkmil masaüstü ev cihazı hazırlayır. Bildirilir ki, layihə ilkin mərhələdədir və onun bazara çıxarıla biləcək məhsulla nəticələnəcəyi hələ dəqiq deyil.

Apple şirkəti elektrik avtomobili layihəsini fevral ayında bitirdi. Digər tərəfdən, Google biznes modeli baxımından böyük bir dəyişiklik demək olacaq bir addım atmaqdadır. Financial Times-ın məlumatına görə, Google premium ödəniş müqabilində süni intellektlə dəstəklənən axtarış xidmətləri təklif etməyi düşünür. İndiyədək Google-un axtarış sistemi biznesi reklam gəlirləri hesabına dəstəklənir və istifadəçiyə pulsuz təklif edilirdi.

Heç bir xəbər şirkətlərin səhmlərinə dəstək vermədi. Apple gündəlik 1%-ə yaxın qazancını sildiyi halda, Google-un ana şirkəti Alphabet səhmləri fyuçers bazarında 1%-ə qədər ucuzlaşıb.

Günel Məlikzadə
Fins.az