Tibb

19 Mart

Nvidia yeni süni intellekt çipini təqdim edib

Nvidia Baş İcraçı Direktoru (CEO) Jensen Huang, şirkətin GPU Texnologiya Konfransında (GTC) etdiyi çıxışda, mövcud məlumatların miqdarının artacağını və daha da böyük qrafik emal vahidlərinin (GPU) yaradılması lazım olduğunu izah etdi.

Fins.az xəbər verir ki, şirkətin hazırkı çip arxitekturasının, Hopper-in "fantastik" olduğunu, lakin daha böyük GPU-lara ehtiyac duyduğunu ifadə edən Huang, riyaziyyatçı David Blackwellin adını daşıyan yeni nəsil çip arxitekturasını izah etdi.

Huang qeyd edib ki, Blackwell çip deyil, platformanın adıdır.

Digər tərəfdən, şirkət tərəfindən edilən açıqlamada, Blackwell platformasının trilyon parametrləri olan böyük dil modelləri üzərində real vaxt rejimində generativ süni intellekt yaratmağa və işə salmağa imkan verdiyi, 25 dəfəyə qədər daha az xərc və enerji sərfiyyatına imkan verdiyi bildirilib. 

Açıqlamada Amazon Web Services, Dell Technologies, Google, Meta, Microsoft, OpenAI, Oracle, Tesla və xAI kimi şirkətlərin Blackwell-dən istifadə edəcəyi gözlənilən şirkətlər arasında olduğu qeyd edilib.

İlk Blackwell çipi GB200-ün bu ilin sonunda buraxılacağı da bildirildi.

Günel Məlikzadə
Fins.az