Tibb

01 Mart

Hindistanda Disney-dən böyük tərəfdaşlıq

Ən son məlumatlara görə, Disney Hindistan üçün xüsusi olaraq Hindistanlı milyarder Mukesh Ambani-nin Reliance Industries şirkəti ilə böyük tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu razılaşma nəticəsində 8,5 milyard dəyərində nəhəng media şirkətinin meydana çıxacağı gözlənilir.

Fins.az xəbər verir ki, yeni şirkətin ölkədəki bir çox media şöbələrində tam üstünlük təşkil edəcək və bununla da Disney-in regionda liderlik mövqeyini daha da gücləndirəcək. Gündəmə bomba kimi düşən bu xəbər Hindistan kimi böyük əhalisi olan bir ölkəyə təsir edən şirkətin dəyərinə dəyər qatacağını göstərir. 

Razılaşmaya əsasən, ortaqlığın 63 faizinin Reliance Industries-ə, qalan 37 faizinin isə Disneyə məxsus olacağı açıqlanıb. Bundan əlavə, Amerika şirkəti Hindistanın məhkəmə orqanlarından razılıq alarsa, bu tərəfdaşlığa investisiyalarını daha da artıra bilər.

Yeni şirkətin 30 mindən çox lisenziyalı Disney məzmunu təklif edərək ölkənin ən böyük media təşkilatına çevriləcəyi bildirilir. Bu son addımla Reliance Industries Sony-ni geridə qoyacaq və Asiyada ən dominant yerli naşir olacaq. Hindistandakı multikulturalizmə görə, bir çox fərqli dildə danışmaq, xüsusən Amazon və Disney kimi Amerika şirkətləri üçün əhəmiyyətli bir problem yaradır.

Günel Məlikzadə
Fins.az