Tibb

29 Fevral

AP-i Amazon nümayəndələrinə qadağa qoyub

Avropa Parlamenti (AP) e-ticarət şirkəti Amazon nümayəndələrinin onun binalarına daxil olmasını qadağan edib.

Fins.az xəbər verir ki, AP Məşğulluq və Sosial Məsələlər Komitəsinin sədri Draqoş Pislaru, AP İnzibati Başçılarının 14 Amazon nümayəndəsinə verilən parlament giriş kartlarını ləğv etdiyini və bu insanların AP şəhərciyinə daxil ola bilməyəcəyini açıqladı.

Avropada ədalətli iş şəraitinin təmin edilməsinin onların vəzifələri arasında olduğuna işarə edən Pislaru, Amazon işçilərinin Avropa Birliyi (AB) ölkələrində iş şəraiti ilə bağlı narahatlıqlar ifadə edildiyi zaman bu vəziyyətə biganə qala bilməyəcəyini ifadə etdi.

Pislaru, məsələni öz vəzifələri çərçivəsində AP komitəsinin gündəliyinə çıxardıqlarını xatırladaraq, Amazon nümayəndələrini 2021-ci ildən əməkdaşlığa dəvət etdiklərini və onlardan komitə iclaslarında iştirak etmələrini xahiş etdiklərini bildirib.

Amazonun tələb olunan tarixlərdə iclaslara gəlmədiyinə diqqət çəkən Pislaru bunun AP və AB vətəndaşlarına hörmətsizlik olduğunu və qərarın bu səbəbdən alındığını bildirib.

Günel Məlikzadə
Fins.az