Tibb

27 Fevral

Microsoft Mistral AI ilə əməkdaşlıq edir

ABŞ-ın texnologiya nəhənglərindən biri olan Microsoft, OpenAI-nin fransız rəqibi Mistral AI ilə yeni ortaqlıq qurduqlarını açıqladı.

Fins.az xəbər verir ki, yeni ortaqlığın Mistral AI-yə Azure-un ən müasir süni intellekt infrastrukturuna daxil olmaq imkanı verəcəyi, yeni nəsil böyük dil modellərinin inkişafı və tətbiqini sürətləndirəcəyi bildirilib.

Açıqlamada, yeni ortaqlıq çərçivəsində Mistral AI-nin süni intellekt modellərinin Azure bulud hesablama platforması vasitəsilə istifadəyə veriləcəyi bildirilib.

Microsoft-un qlobal süni intellekt innovasiyalarını və böyüməsini dəstəkləməkdə qərarlı olduğu vurğulanıb və Mistral AI ilə tərəfdaşlığın etibarlı və təhlükəsiz süni intellekt sistemləri və məhsulları yaratmaq üçün ortaq öhdəlik əsasında qurulduğu qeyd edilib.

Günel Məlikzadə
Fins.az