Tibb

14 Fevral

Bezosun səhmlərinin satışı

50 milyona qədər Amazon səhmini sata biləcəyini açıqlayan Ceff Bezos dörd ticarət günündə 24 milyon səhm satdı və bu satışdan 4 milyard dollar gəlir əldə etdi.

Fins.az xəbər verir ki, Bezos 2021-ci ildən bəri Amazon səhmlərini satmır. Bezos niyə səhm satmağı seçdiyini açıqlamayıb. Amazon-un baş ofisi Sietldə yerləşdiyi Vaşinqton ştatı 2022-ci ildə kapital artımına görə 7 faiz vergi tətbiq edib.

Bezos noyabrda Seattledan Mayamiyə köçmək planlarını da açıqlayıb. Bezosun Amazon səhmlərinin rallisindən əldə edilən kapital gəlirlərinin vergiyə cəlb edilməməsi üçün satışı üstün tutduğu şərh edilir.

Bu il bazar ertəsi günü 13 faiz bahalaşdıqdan sonra Amazon səhmləri çərşənbə axşamı 2,2 faiz enişlə bağlanıb.

Günel Məlikzadə
Fins.az