Intel keçən ilin dördüncü rübü üçün balans hesabatını açıqladı.
Fins.az xəbər verir ki, buna görə çip şirkətinin gəliri 2023-cü ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 15,4 milyard dollara çatıb.
Intel əvvəlki ilin dördüncü rübündə 14 milyard dollar gəlir əldə edib. Bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 15,15 milyard dollar olacağı gözlənilirdi.
Şirkətin 2023-cü ildə gəliri 14 faiz azalaraq 63,1 milyard dollardan 54,2 milyard dollara düşüb.
Keçən ilin son rübündə Intel-in xalis mənfəəti 2,7 milyard dollar olaraq qeyd edildi. Intel əvvəlki ilin eyni rübündə 700 milyon dollar xalis zərər açıqlayıb.
Əvvəlki ilin dördüncü rübündə səhm başına 16 sent zərər elan edən Intel, 2023-cü ilin eyni dövründə səhm başına 63 sent qazanc əldə edib.
Şirkətin keçən il ümumi xalis mənfəəti 1,7 milyard dollar olaraq hesablanıb.
Bu ilin proqnozunu da ehtiva edən balans hesabatında, 2024-cü ilin ilk rübündə şirkətin gəlirinin 12,2 ilə 13,2 milyard dollar arasında olacağı və səhm başına 25 sent itki gözlənildiyi bildirilib.
Günel Məlikzadə
Fins.az