Tibb

18 Yanvar

Bill Qeytsdən süni intellekt proqnozu

Qeyts Süni intellektlə bağlı narahatlıqların 20-ci əsrin əvvəllərində inkişaf edən texnologiya ilə bağlı narahatlıqlara bənzədiyini ifadə edərək, süni intellekt səbəbiylə yox olan iş yerlərinin yerinə yeni iş imkanlarının ortaya çıxacağını qiymətləndirdi.

Fins.az CNN-ə istinadən xəbər verir ki, süni intellektin hər kəsin həyatını asanlaşdıracağını təxmin edən Qeyts, sözügedən texnologiyanın “ağ yaxalıqlı bir işçinin təlim keçə, sağlamlıqla bağlı məsləhətlər verə, kod yazmağa kömək edə və texniki dəstək zənglərində kömək edə bilər” kimi bir çox xüsusiyyətlərə sahib olduğunu qeyd etdi.

Qeyts süni intellektin təhsil və tibb sahələrinə inteqrasiyasının əla olacağını və bu texnologiyanın həm də çoxlu fiziki avadanlıq tələb etdiyi üçün yüksək əlçatan olduğunu bildirib.

Günel Məlikzadə
Fins.az