Tibb

15 Yanvar

Apple-ın ən sürətli cihazları açıqlanıb

Apple sentyabrın əvvəlində keçirilən tədbirdə iPhone 15 də daxil olmaqla ən yeni məhsullarını təqdim etdi. Bu nöqtədə istehsalçının məhsul çeşidi genişləndi və hətta AnTuTu kimi platformalar tərəfindən hər ay dərc edilən hesabatlarda əhəmiyyətli dəyişikliklər oldu. 

Fins.az xəbər verir ki, istifadəçiləri ən çox maraqlandıran  iPhone 15  seriyasının necə performans göstərəcəyi idi. Əslində, standart və Pro modellərinin fərqli prosessorlarla işləməsi beyinlərdə sual işarələrini daha da artırıb.

AnTuTu- nun məlumatına görə, dekabrın ən sürətli Apple cihazı 2 milyon 142 min 3 xalla 12,9 düymlük iPad Pro 6 olub. Son zamanlar zirvədə olan planşeti 2 milyon 2 min 57 xalla qardaşı 11 düymlük iPad Pro 4 izlədi. Siyahıda üçüncü yerdə ötən aylara damğasını vuran və uzun müddət zirvədə qalan 12,9 düymlük iPad Pro 5 qərarlaşıb. 1 milyon 814 min 181 xal toplayan cihazı 1 milyon 758 min 806 xalla 11 düymlük iPad Pro 3 izləyir.

Qeyd edək ki, iPhone 15 Pro hazırda ən güclü mobil prosessorlardan biri olan Apple A17 Pro ilə təchiz edilib. iPhone 15 Pro altıncı, 15 Pro Max isə yeddinci yerdədir.

Dekabrın ən sürətli Apple cihazlarının tam siyahısı:

  1. iPad Pro 6 (12,9 düym) – 2 milyon 232 min 338

  2. iPad Pro 3 (11 düym) – 2 milyon 58 min 240

  3. iPad Pro 5 (12,9 düym) – 1 milyon 848 min 493

  4. iPad Pro 3 (11 düym) – 1 milyon 822 min 990

  5. iPad Air 5 – 1 milyon 750 min 336

  6. iPhone 15 Pro – 1 milyon 558 min 415

  7. iPhone 15 Pro Max  – 1 milyon 546 min 274

  8. iPhone 14  Pro – 1 milyon 468 min 987

  9. iPhone 14 Pro Max – 1 milyon 467 min 539

  10. iPhone 15 Plus – 1 milyon 407 min 757

Günel Məlikzadə
Fins.az