Tibb

14 Yanvar

Sosial media fenomenləri izlənilir - TÜRKİYƏ

Türkiyə Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək AA-ya vergi itkiləri və yayınmaların qarşısını almaq üçün gördükləri işlər haqqında məlumat verib.

Fins.az xəbər verir ki, qlobal miqyasda payı sürətlə artan e-ticarətdən istifadə nisbətinin Türkiyədə də Covid-19 epidemiyası ilə artdığına diqqət çəkən Şimşək, e-ticarətdəki artımın elektron ödənişlərdə yüksək artımlar gətirdiyini söylədi. 

Şimşək Nazirlik olaraq yüksək ticarət həcminin vergi öhdəliklərinə əks olunmasını təmin etmək üçün hərtərəfli təhlillər apardıqlarını, vergi itkisi və yayınmaların qarşısını almaq üçün debet kartları, kredit kartları və virtual kartlar vasitəsilə edilən elektron ödənişləri yaxından izlədiklərini bildirdi. 

Gəlir İdarəsinin vasitəçi xidmət təminatçılarından, banklardan və ödəniş və elektron pul qurumlarından elektron ödənişlərlə bağlı məlumat aldığını ifadə edən Şimşək, “Elektron ödənişlər ilə bağlı məlumatlar vasitəsilə elektron mal və xidmət alan və satan şirkətlər haqqında ətraflı araşdırmaya başladıq. Bu məzmunda ödəniş qeydlərinə əsaslanaraq, təxminən risk altında olan 250 min vergi mükellefini analiz etdik" dedi.

Günel Məlikzadə
Fins.az