Tibb

08 Yanvar

CES 2024 öz qapılarını süni intellekt mövzusu ilə açır

Dünyanın ən böyük İstehlak Elektronikası Sərgisi (CES) bu il öz qapılarını süni intellektin əsas mövzusu ilə açır. Yanvarın 9-dan 12-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yarmarkada 150 ölkədən 4 mindən çox şirkət iştirak edir.

Fins.az xəbər verir ki, İstehlak Elektronikası Dərnəyi (CTA) tərəfindən bu il 57-ci dəfə təşkil edilən CES 2024 sərgisində Türkiyədən 70 şirkət iştirak edir. Bundan əlavə, dövlət dəstəyi ilə yarmarkada 50 türkiyəli sahibkar iştirak edəcək.

CES 2024 üçün müəyyən edilən əsas mövzular süni intellekt, avtonom nəqliyyat vasitələri, süni intellektə əsaslanan ağıllı ev sistemləri, kosmik texnologiyalar, oyun sənayesi, sağlamlıq üçün texnologiya, kosmetika dünyasında yeni nəsil texnologiyalar, əczaçılıq sənayesində süni intellekt tətbiqləri, texnologiya davamlılıq və kibertəhlükəsizlik.

Sərgidə iştirak edən bəzi qlobal şirkətlər Abbot, Accenture, Caterpillar, LG, Mercedes Benz, BMW, Honda, Loreal, Sony, Lenovo, NVDIA, IBM, Samsung, Sony, Panasonic, Hyundai, Google, Amazon, KIA, Qualcom idi.

Günel Məlikzadə
Fins.az