Tibb

29 Dekabr

X-dan İsrail vətəndaşına XƏBƏRDARLIQ

Bildirilib ki, sosial media platforması profilində “Yəhudilər Sionizmə Qarşı Birləşdi” məlumatının yer aldığı Torah Yahudilik adlı istifadəçi "X" hesabından mövzu ilə bağlı açıqlama və şəkil paylaşıb.

Fins.az xəbər verir ki, “Biz sionist polisin yəhudi uşaqlarına necə hücum etdiyini, döydüyünü və həbs etdiyini göstərən videonu hər kəsin görməsi üçün paylaşdıq”, - bəyanatda deyilir. 

Bununla belə, "X" sözügedən görüntünü “uşaqlara qarşı zorakılıq və şiddət” kimi təsvir edib və  silmələrini xahiş edilib, əks halda hesabın fəaliyyətinin dayandırılacağı ilə hədələndiyi bildirilib.

İsrail Polisin bir gənci yerə yıxdığı görüntülərə toxunan bəyanatda bunun "sionistlərin yəhudi icmasına necə zülm etdiklərini açıq şəkildə göstərdiyi" və X-in "videonun antisemit olduğunu iddia etdiyi" bildirilib.

"X Platforması açıq şəkildə yəhudiləri yəhudi hesab etmir. Ona görə təkcə Siyonistlər Yəhudidir".  

Günel Məlikzadə
Fins.az