Tibb

28 Dekabr

Instagram məşhur xüsusiyyəti daha dəbli edir!

İnstagram dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir. Meta çətiri altında fəaliyyət göstərən məşhur proqram hər gün daha fərqli xüsusiyyətləri ilə qarşımıza çıxır. Bu gün Stories-də profil paylaşma metodunun yeni versiyası peyda olub.

Fins.az xəbər verir ki, milyonlarla istifadəçiyə ev sahibliyi edən Instagram hər gün yeni xüsusiyyəti ilə gündəmə gəlir. Tətbiqə gələn sonuncu xüsusiyyət estetik görünüşə daha çox önəm verən istifadəçiləri xüsusilə maraqlandırır.

Alessandro Paluzzi tərəfindən açıqlanan xüsusiyyət ilə Instagram, profil paylaşma xüsusiyyətini fərqli bir şəkildə təqdim edir . Bu , başqalarının profillərini öz Hekayələrində paylaşmaq istəyən istifadəçilərə daha estetik görünüş təmin edəcək.

Sözügedən funksiya hazırda Android -də sınaqdan keçirilir. Onun bir neçə ay ərzində ümumi istifadəyə veriləcəyi gözlənilir. Digər tərəfdən platforma fərqli xüsusiyyətlər üzərində işləməyə davam edir. Bunların arasında animasiyalı emojiləri paylaşmağa imkan verən xüsusiyyət də var.

Bu funksiya adətən birbaşa mesajlar üçün hazırlanır. Bununla belə, animasiyalı emojilərdən tək və ya mesajlarda istifadə etmək mümkün olacaq. Bundan əlavə, platforma üçün digər layihələr inkişaf mərhələsindədir. Bunlara canlı məkan və məşhur an paylaşımı kimi seçimlər daxildir.

Günel Məlikzadə
Fins.az