Tibb

01 Yanvar

ABŞ-da Apple smart saatlarının satışı qadağan edilib

ABŞ Beynəlxalq Ticarət Komissiyasının Oktyabr ayında tibbi monitorinq texnologiyası şirkəti Masimo-nun şikayətindən sonra Apple-a sözügedən ağıllı saatların idxalını və satışını dayandırmağı əmr edən qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymadı.

Fins.az xəbər verir ki, dekabrın 25-nə qədər veto hüququ olan Bayden administrasiyası qərara veto qoymadığından, Apple-ın ən yeni ağıllı saat modelləri Apple Watch Ultra 2 və Watch Series 9-un ölkədə satışı qadağan edildi.

ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamada xatırladılıb ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə məxsus iki patenti pozduğunu müəyyən edib.

Açıqlamada, diqqətli məsləhətləşmələrdən sonra ABŞ Beynəlxalq Ticarət Komissiyasının qərarının ləğv olunmayacağına qərar verildiyi və sözügedən qərarın bu gündən etibarən yekunlaşdığı bildirilib.

Günel Məlikzadə
Fins.az