Tibb

23 Dekabr

Rusiyadan Google-a 4 milyard 611 milyon rubl cərimə

Rusiyada məhkəmə Google-u Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatlar olan şəkilləri silmədiyi üçün 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.

Fins.az xəbər verir ki, Google-a qarşı açılan işə paytaxt Moskvanın Taqanski Regional Məhkəməsində baxılıb.

Məhkəmə Google-un Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silmədiyi səbəbi ilə qanuna tabe olmadığına və Google-u 4 milyard 611 milyon rubl cərimələdiyinə qərar verib.

Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.

Günel Məlikzadə
Fins.az