Dünən X platformasında verdiyi müsahibədə ARK İnvestisiya İdarəetməsinin təsisçisi Cathie Wood ilə danışan İlon Mask, səhmdarların təzyiqinin səmərəliliyi azaldığını və passiv indeks investisiyasının dəyişkənliyi artırdığını iddia edərək, ictimai şirkətlərin üzləşdiyi qaydalardan şikayətləndi.
Fins.az xəbər verir ki, Tesla və SpaceX kimi yüksək bazar dəyəri olan şirkətlərin baş direktoru Mask dedi: “İctimai şirkət üçün pis rüb keçirməmək üçün güclü təzyiq var. Bu, əməliyyatların daha az səmərəli olmasına səbəb ola bilər. İnvestorlar və şirkətlərin uzunmüddətli baxışları arasındakı zaman üfüqləri uyğun gəlmir".
ETF kimi indeksləri izləyən passiv investisiyaların çox böyük ölçülərə çatdığını ifadə edən Mask, “Günün sonunda kimsə aktiv investisiya qərarı verir. Passiv investorlar aktiv investorların qərarına əsasən hərəkət edirlər. Nəticədə dörd və ya beş aktiv investorun qərarları əsasında böyük səhm hərəkətləri baş verir”.
Mask, Teslanın açıq şəkildə alqı-satqı ilə kapitala daha asan çıxış əldə etdiyini etiraf etsə də, SpaceX-in özəl olması sayəsində daha yüksək risklər ala bildiklərini ifadə etdi.
Günel Məlikzadə
Fins.az