Tibb

19 Dekabr

Süni intellektdə tənzimləmə ili

Time jurnalının redaktorları 2023-cü il üçün "İlin adamı" mükafatı üçün Taylor Svifti seçsələr də, hamımız 2023-cü ili süni intellekt ili kimi xatırlayacağıq. 2023-cü ildə ChatGPT-nin istifadəyə verilməsi süni intellekt anlayışının ictimai qavrayışda öz yerini tutmasını təmin etdi. Süni intellekt çip istehsalçısı NVDIA və Microstrategy kimi şirkətlərin performansını izləyən Nasdaq Global Artificial Intelligence and Big Data Index NYGBIG ilin əvvəlindən bu yana 62 faiz artıb. Bu il süni intellekt texnologiyaları əksər texnologiya seqmentləri üçün katalizator rolunu oynadı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2032-ci ildə süni intellekt şirkətlərinin bazar dəyərinin 1,3 trilyon dollara çatacağı gözlənilir. Biz ili bağlayarkən Avropa Komissiyası Süni İntellekt Qanunu ilə bağlı siyasi konsensusa gəldi və sanki “ABŞ yeniliklər edir və Aİ tənzimləyir” deyimini xatırlatdı. Birləşmiş Ərəb Əmirlikləri də 2017-ci ildə kabinetdə yeni nazirlik yaradaraq “Günəş Şərqdən çıxır” deyimini xatırladıb. Aİ və BƏƏ-dən söz düşmüşkən, qısaca "ABŞ və Çin süni intellektin tənzimlənməsi ilə bağlı nə etdi?" sualına cavab verək.

Günel Məlikzadə
Fins.az