Tibb

17 Dekabr

TikTok 10 milyard dolları keçən ilk qeyri-oyun proqramı olub

İlkin mərhələdə istifadəçilərə müəyyən funksiyalar təqdim etməyi qarşısına məqsəd qoyan mobil tətbiqlər tədricən gəlir vasitəsi ola biləcəklərini göstərdi. Bu günə qədər mobil oyunlar rekord gəlir əldə edib, lakin indi hər şey dəyişib.

Fins.az xəbər verir ki, sosial media sənayesində başlayan yeni bir tendensiya, lakin sosial media etikasına da təsir etdiyi güman edilən TikTok pul qazanmağa davam edir. Araşdırmalara görə, TikTok məcmu gəliri 10 milyard dolları keçən ilk qeyri-oyun proqramı olub.

TikTok 2021-ci ildə 2,7 milyard dollar məcmu gəlir əldə edib. Bu rəqəm 2022-ci ildə 6 milyard dollar olacağı halda, bu il 10 milyard dolları keçib. İllik bazda 61 faiz artım olub. YouTube illik 3 milyard dollar, Tinder isə 2 milyard dollar qazana bilər.

Günel Məlikzadə
Fins.az