Tibb

14 Dekabr

Nubia Z60 Ultra

Nubia-nın dekabrın 19-da təqdim etməyə hazırlaşdığı Nubia Z60 Ultra modeli üçün geri sayım başladı. Cihazın hansı istifadəçi təcrübəsini təqdim edəcəyi son sızıntılar sayəsində böyük ölçüdə məlumdur. Son hesabatlarda smartfonun digər naməlum texniki xüsusiyyətlərinə diqqət yetirilir.

Fins.az xəbər verir ki, Nubia Z60 Ultra 3C verilənlər bazasında NX721J model nömrəsi ilə çıxdı. Siyahı smartfonun 80W şarj sürətini dəstəkləyəcəyini ortaya çıxarsa da, digər texniki xüsusiyyətləri ilə bağlı heç bir təfərrüat paylaşmır.

Keçmiş sızıntılara baxsaq; Cihazın 1,5K təsvir ölçüsü və 120 Hz yeniləmə tezliyi təklif edən 6,8 düymlük OLED ekranla gələcəyini söyləyə bilərik. Digər tərəfdən onu da qeyd edək ki, smartfonda ekran altı selfi kamerası texnologiyasından istifadə edilir. Şayiələrə görə, müvafiq selfi kamerası 16 meqapiksel təsvir ölçüsünə malik olacaq.

Günel Məlikzadə
Fins.az