Tibb

16 Dekabr

2023-cü ildə dünya Google-da ən çox hansı sözləri axtarıb?

Google internet axtarış sisteminin qlobal məlumatlarına görə, 2023-cü ilin ən çox axtarılan siyahısı açıqlandı.

Kaliforniya mərkəzli texnologiya nəhəngi Google-un kateqoriyalara bölünərək açıqladığı 2023-cü ilin ən çox axtarılan siyahısı qlobal maraqları və tendensiyaları ortaya qoyub.

Fins.az xəbər verir ki, 1 yanvar - 27 noyabr 2023-cü il tarixləri arasında axtarışlarda ən çox axtarılan kateqoriya tərcümə olub. Bunu incəsənət və əyləncə, mətn, təhsil və alış-veriş izlədi. 

Xəbərlər
Siyahının xəbərlər kateqoriyasında ən çox axtarılan ifadə "İsrail -Həmas müharibəsi " olub.

Bunun ardınca iyun ayında Kanada sahillərində partlayan “Titanik” sualtı qayığı və fevral ayında Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələ fəlakətləri ilə maraqlananlar “Türkiyə zəlzələsi” sözləri ilə axtarışa başlayıb.

Ötən il siyahıya “Ukrayna” başçılıq edirdi.

Şəxs
Amerikalı futbol ulduzu Damian Hamlin Google-da ən çox axtarılan adlar siyahısında birinci olub. 

Siyahıda ikinci ən çox axtarılan ad amerikalı aktyor Ceremi Renner, üçüncü ad isə Rumıniyada mütəşəkkil cinayətkarlıq və insan alverində şübhəli bilinərək saxlanılan Endryu Teyt olub .

2022-ci ilin ən çox axtarılan adı Johnny Depp oldu.

Əyləncə
Əyləncə aləmində ən çox axtarılan film "Barbie" olub. Ondan sonra Barbie ilə eyni vaxtda ekranlara çıxan “Oppenheimer” filmi və hind trilleri “Jawan” çəkilib. Televiziyada "Sonuncumuz", "Çərşənbə" və "Cinni və Gürcüstan" 2023-cü ildə diqqəti cəlb edən ilk üç serial olub.

Günel Məlikzadə
Fins.az