Tibb

11 Dekabr

Nvidia Vyetnamda baza qurmağı planlaşdırır

Vyetnam hökuməti Nvidia-nın baş direktoru Censen Huanq-a istinadən Nvidia-nın ölkənin yarımkeçirici sənayesini inkişaf etdirmək üçün Vyetnamda baza yaratmağı planlaşdırdığını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya ölkəsinə ilk səfəri zamanı Nvidia-nın baş direktoru Huang şirkətin Vyetnamı öz vətəni hesab etdiyini bildirdi və ölkədə qərargahın yaradılması planlarının olduğunu təsdiqlədi.

Huanqın Vyetnam Baş Naziri Pham Minh Chinh ilə görüşündən sonra Vyetnam hökuməti tərəfindən verilən açıqlamada, "Qardırılacaq baza Vyetnamın yarımkeçirici ekosisteminin və rəqəmsallaşmasının inkişafına töhfə verəcək və dünyanın hər yerindən istedadlı işçiləri cəlb edəcək".

İntelin dünya üzrə ən böyük fabriki də daxil olmaqla iri çip yığma zavodlarına ev sahibliyi edən Vyetnam ABŞ və Çin arasında ticarət gərginliyi fonunda çip dizaynını genişləndirməyə çalışır.

Günel Məlikzadə
Fins.az