Tibb

10 Dekabr

Microsoft və Çin arasında süni intellekt əlaqəsi

Microsoft prezidenti Brad Smith Çinin ticarət naziri Vanq Ventao ilə görüşüb və süni intellektdən tutmuş Vaşinqton və Pekin arasında ticarət əlaqələrinə qədər müxtəlif məsələləri müzakirə edib.

Fins.az xəbər verir ki, Microsoft ilə görüş Çinin iqtisadiyyatını canlandırmağa çalışarkən Amerika bizneslərini alqışlamağa davam etdiyini göstərmək səylərini vurğulayır.

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin keçən ay görüşdülər. Sonrakı Smit və Vanq arasında baş tutan görüş Çin və ABŞ-ın potensial sahələrdə əməkdaşlıq etməyə çalışdığının göstəricisi kimi şərh olundu. Bu addım həm də xarici biznes üçün mühiti yaxşılaşdırmaq istəyindən xəbər verirdi.

Ölkənin ticarət nazirliyindən verilən açıqlamaya görə, Vanq görüş zamanı Çinin xarici müəssisələrə daha yaxşı xidmət göstərməkdə qərarlı olduğunu bildirib. Açıqlamada Microsoft-un Çin və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıqda "konstruktiv rol" oynayacağına ümid edildiyi bildirilib.

Günel Məlikzadə
Fins.az