Tibb

10 Dekabr

IBM tutumu 1000 kubitdən çox olan ilk kvant çipini təqdim edib

Dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan IBM son illərdə kvant kompüterləri sahəsinə də diqqət ayırıb.

Fins.az xəbər verir ki, IBM mindən çox kvant biti (qubit) olan ilk kompüterini təqdim etdi. Yeni 1121-qubit çipindən əlavə, şirkət kvant kompüterlərinə yeni yanaşmasını da açıqladı.

Qubit tutumunu hər il ən azı iki dəfə artıran IBM, bundan sonra daha az səhvi olan çiplərə diqqət yetirəcəyini açıqladı.

Kvant kompüterləri bəzi xüsusi əməliyyatları adi kompüterlərdən çox daha sürətli yerinə yetirmək potensialına malikdir. Buna kvant dolaşıqlığı və superpozisiya adlanan hadisələr vasitəsilə nail olur. Kvant texnologiyasındakı bu xüsusiyyətlər bitlərin eyni anda bir çox fərqli qrupda yerləşməsinə imkan verir.

Bu superpozisiya və dolaşıqlıq imkanları da çiplərin səhv hesablamalar aparmasına səbəb ola bilər. IBM-in potensialın artırılmasına deyil, daha az səhv marjasına diqqət yetirməsi bu baxımdan müsbət inkişaf kimi qəbul edilir.

IBM tərəfindən təqdim edilən digər çip Heron 133 kubit tutuma malikdir. Bu çip IBM-in iki il əvvəl təqdim etdiyi kvant çipləri ilə oxşar tutuma malik olsa da, onun xəta marjası üç dəfə azdır.

Günel Məlikzadə
Fins.az