Tibb

10 Dekabr

Apple və LG razılığa gəlib

Apple keçən ilin sentyabrında təqdim etdiy iPhone 15 seriyasıilə sıçrayış etməyi bacardı. Əslində, iPhone 15 Pro və Pro Max titan korpus və indiyə qədər iPhone-da gördüyümüz ən incə ekran çərçivələri  ilə ortaya çıxdı. Ancaq bu kifayət deyil. LG Innotek Apple-ın çentiksiz iPhone təchizatçıları siyahısına əlavə edilib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, LG Innotek “Freeform Optic” adlı xüsusi obyektivlə  çatışmazlıqları aradan qaldırmağı hədəfləyir. LG-nin dediyinə görə, bu obyektiv "sərbəst əyri" formalı çoxlu səthlərə sahib olacaq. Beləliklə, işıq keçiriciliyinin 2023-cü ilə qədər 20 faizə, 2024-cü ildən sonra isə 40 faizə yüksələcəyi bildirilir. Təbii ki, bu texnologiya ilə ilk iPhone modellərini görməyimizə bir qədər vaxt lazım olacaq.

Günel Məlikzadə
Fins.az