Tibb

03 Dekabr

ChatGPT yeni xüsusiyyətlər qazanıb

Zamanla daha da inkişaf etdirilən robotun GPT-4 versiyası martın 14-də istifadəyə verilib. Əvvəlki versiyada yalnız mətnə ​​fokuslanan robot şəkilləri də şərh edə biləcək şəkildə hazırlanıb və əlavə olaraq yeni versiyada robotun verdiyi cavabların dəqiqliyi artıb.

Fins.az xəbər verir ki, OpenAI tərəfindən sentyabr ayında edilən açıqlamada, ChatGPT-də yeni audio və video imkanlarının mövcud olmağa başlayacağı bildirildi.

Yeni funksiyalar sayəsində istifadəçilərin səsli söhbətlərə qatıla və chatbotdan səsli cavab ala bildikləri bildirilib, şəkillərin ChatGPT ilə paylaşıla biləcəyi də vurğulanıb.

Günel Məlikzadə
Fins.az