Tibb

30 Noyabr

Google Kanada hökumətinə ildə 74 milyon dollar ödəyəcək

Kanada hökuməti "Onlayn Xəbərlər Qanunu" çərçivəsində hər il ölkəyə təxminən 74 milyon dollar ödəmək üçün Google ilə razılaşdıqlarını açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Kanada hökuməti ilə Google arasındakı razılaşmaya əsasən, şirkət Kanadanın xəbər təşkilatlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar töhfə verəcək.

Mədəni İrs Naziri Pascale St-Onge, şirkətlərin platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada media nəşriyyatlarına ödəniş etmələrini tələb edən qanuna uyğun olaraq Google ilə razılığa gəldiklərini açıqladı.

St-Onge mətbuat konfransında razılaşmanın mətbuat sənayesi üçün yaxşı bir inkişaf olduğunu ifadə edərək, "Facebook-un xəbər sistemlərimizi niyə dəstəkləmədiyini və platformasında dezinformasiyaya yer açdığını izah etmək növbəsidir" dedi. 

St-Onge Meta şirkətinin kanadalıların Meta platformasındakı yerli və xarici media qurumlarının xəbər məzmununa çıxışını kəsmək qərarını "məsuliyyətsiz" bir qərar olaraq qiymətləndirdi və Kanada mətbuat sektorunun risk altında olduğuna diqqət çəkdi. 

Günel Məlikzadə
Fins.az