Tibb

30 Noyabr

Amazon Titan Image Generator-u təqdim edib

Amazon reklam, e-ticarət, media və əyləncə şirkətlərinə böyük həcmdə və aşağı qiymətə studiya keyfiyyətli, real təsvirlər yaratmağa kömək edəcək süni intellektlə işləyən görüntü generatoru olan Titan Image Generator-u hazırlayıb. Süni intellektlə işləyən təsvir yaradıcısı yeni şəkillər yarada və ya mətn təsviri ilə mövcud şəkilləri fərdiləşdirə bilər.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Amazon-un hər il xüsusi olaraq korporativ müştəriləri üçün təşkil etdiyi AWS tədbirinin ilk günündə şirkət Microsoft-un Copilot məhsuluna hər cəhətdən rəqib olan süni intellekt dəstəkli korporativ söhbət robotu Q-nu təqdim etdi və daha sonra süni intellekt  - dəstəklənən vizual generator Titan Image Generator təqdim edərək şou göstərdi.

Amazonun süni intellektlə işləyən görüntü generatoru DALL-E, Midjourney və Bing AI Image Generator kimi süni intellektlə işləyən görüntü generatoru botlarına rəqib kimi yerləşdirilib.

Günel Məlikzadə
Fins.az