Tibb

29 Noyabr

Huawei SpaceX-ə rəqib olub

Huawei inkişaf etdirdiyi peyk internet xidmətini sınaqdan keçirdiyi araşdırmada 660 Mbps yükləmə sürətinə çataraq Starlink-i geridə qoyub.

Fins.az xəbər verir ki, Huawei tərəfindən hazırlanmış peyk internet xidməti ilə sınaq zamanı yükləmə sürətinin 660 Mbps-ə çatdığı açıqlayıb.

Qeyd edək ki, Starlink-in əldə etdiyi sürət sonuncu dəfə 600 Mbit/s civarında ölçülüb. Buna görə Huawei, ən son testi ilə Starlink-i geridə qoyub.

Huawei şirkətinin 6G simsiz laboratoriyasının baş alimi Vanq Jun bu nəticələri Çinin Çonqinq şəhərində keçirilən Aerokosmik İnformasiya Sənayesi Beynəlxalq Ekosistem Tədbirində paylaşıb.

Şirkət bu yaxınlarda Huawei Mate 60 Pro-ya sabit peyklərə qoşulma xüsusiyyətini təqdim edib.

Mehriban Mirzəzadə
Fins.az