Tibb

29 Noyabr

"Amazon" şirkətlər üçün chatbot Q-nu təqdim edib

Amazon korporativ müştərilər üçün süni intellektə əsaslanan chatbot olan Amazon Q-u elan etdi. Bildirilib ki, sözügedən chatbotun haqqı hər istifadəçi üçün 20 dollardan başlayacaq.

Fins.az xəbər verir ki, Amazon həmçinin OpenAI, Microsoft və Google kimi texnologiya şirkətlərinin "chat robotu" yarışına qatıldı.

Amazon tərəfindən edilən açıqlamada, müştərilərin işinə uyğun olaraq fərdiləşdirilə bilən məhsuldar süni intellekt dəstəkli köməkçinin yeni növü olan Amazon Q-nun ilkin versiyasının mövcud olduğu qeyd edilib.

Açıqlamada Amazon Q-nun şirkətlərə öz korporativ sistemlərindəki məlumat və təcrübədən istifadə edərək aktual suallara sürətli və uyğun cavablar almağa, problemləri həll etməyə və məzmun yaratmağa kömək edəcəyi və sözügedən chatbot üçün ödənişin 20 dollardan başlayacağı bildirilib. 

Digər tərəfdən, Amazon da "Graviton4" və "Trainium2" adlı yeni nəsil çiplərini təqdim etdi.

Şirkətdən verilən açıqlamada, sözügedən çiplərin Amazon Web Services (AWS) şirkətinin çip dizaynında ən son yeniliklər olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, AWS bu çiplərlə daha yaxşı qiymət performansı və enerji səmərəliliyi təmin etməklə müştərilərə daha çox seçim təklif edir.

Günel Məlikzadə
Fins.az