Tibb

27 Noyabr

ABŞ-da Meta-ya qarşı iddia qaldırılıb

ABŞ-da sosial media şirkəti Meta-ya qarşı platformalarının "uşaqları öz şəbəkələrinə cəlb etmək üçün nəzərdə tutulduğu" əsası ilə iddia qaldırılıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Amerika mətbuatına sızan məhkəmə sənədlərinə görə, oktyabr ayında ABŞ-ın 33 ştatının vəkilləri Metaya qarşı iddia qaldırıb.

İddia ərizəsində Meta-nın yüksək vəzifəli şəxsləri şirkətə bağlı platformaların uşaqların diqqətini cəlb etmək üçün məzmunlarını redaktə etdiyini bilməkdə günahlandırılıb.

Bundan əlavə, iddiada Meta platformalarındakı məzmunun uşaqları istismar etdiyi və uşaq psixologiyasına zərər verdiyi qeyd edilib.

Meta-nın Associated Press-ə (AP) verdiyi açıqlamada işdəki ittihamların şirkətin uşaqlar üçün təhlükəsiz mühit yaratmaq səylərinə zidd olduğu qeyd edilib.

Noyabrın 10-da Avropa İttifaqı (Aİ) Meta və Snapchat-dan yetkinlik yaşına çatmayanların öz platformalarında qeyri-qanuni və zərərli məzmundan necə qorunduğu barədə məlumat istəyib.

Günel Məlikzadə
Fins.az