Tibb

24 Noyabr

Red Magic 9 Pro-nun qlobal gəliş tarixi açıqlanıb!

ZTE -nin Nubia  markası istifadəçilərə oyun yönümlü modellər təqdim etməyə davam edir . Çin markası dünən texniki xüsusiyyətləri və qəribə dizaynı ilə diqqət çəkən Red Magic 9 Pro ailəsini təqdim etdi.

Fins.az  Red Magic-in qlobal internet saytındakı son açıqlamaya istinadən xəbər verir ki, Red Magic 9 Pro-nun qlobal təqdimatı dekabrın 18-də keçiriləcək. Digər tərəfdən, smartfonun Çin və qlobal versiyası arasında texniki xüsusiyyətlər və ya dizayn fərqləri olmayacaq.

Red Magic 9 Pro və Pro+  modelləri bəzi detallar istisna olmaqla oxşar texniki xüsusiyyətlərə malikdir. Eyni zamanda, onların dizaynında heç bir fərq yoxdur. Bu məqamda ən diqqət çəkən detal isə cihazlarda kamera çıxıntısının olmamasıdır. Başqa sözlə, düz panel bizi arxada qarşılayır. Üstəlik, burada seriyanın oyun telefonu olduğunu göstərən qəşəng naxışlar və loqolar görürük.

Günel Məlikzadə
Fins.az