Tibb

26 Noyabr

Pacific Group Pacific Technology-ni ictimaiyyətə açmağa hazırlaşır

Pacific Group 2019-cu ildən sərmayə qoymağa başladığı Pacific Technology-ni ictimaiyyətə açmağa hazırlaşır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Destel Bilişim, Ditravo, Icredible və Destel Connect kimi şirkətləri ilə kibertəhlükəsizlikdən proqram təminatına qədər müxtəlif sahələrdə xidmətlərə sahib olan Pacific Technology, halka arz üçün hazırlaşdığını açıqladı.

Pacific Group İdarə Heyətinin sədri Fatih Ərdoğan mövzu ilə bağlı verdiyi açıqlamada, “2020-ci illərdə texnologiya şirkətlərimiz sürətlə böyüməyə başladı. 187 personalımızla 7 məntəqədə xidmət göstərməyə davam edərkən, informatika və texnologiya sahəsində yeni strateji investisiyalara hazırlaşırıq. Pacific Technology keçən ili təxminən 500 milyon TL dövriyyə ilə bağladı. “Biz cari ilin sonunda ötən illə müqayisədə dövriyyəmizi 50 faiz artırmağı hədəfləyirik.

Günel Məlikzadə
Fins.az