Tibb

22 Noyabr

Nvidia-nın gəliri gözləntiləri üstələyib

Nvidia, balans hesabatında 2024-cü maliyyə ilinin üçüncü rübü hesab etdiyi 29 oktyabr 2023-cü ildə başa çatan 3 aylıq dövr üçün maliyyə nəticələrini açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  şirkətin gəliri bu dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 206% artaraq 18,12 milyard dollara çataraq rekord qırdı. Gəlirini əvvəlki rüblə müqayisədə 34 faiz artıran Nvidia, keçən ilin eyni rübündə 5,93 milyard dollar gəlir əldə edib.

Süni intellekt çiplərinə tələbin davamlı artması şirkətin gəlirlərinin artmasında həlledici rol oynadı.

Bazar gözləntisi Nvidia-nın sözügedən dövrdəki gəlirinin 16,18 milyard dollar olacağı idi.

Nvidia, son rüb üçün gəlir gözləntisini 20 milyard dollar olaraq açıqladı.

Günel Məlikzadə
Fins.az