Tibb

21 Noyabr

ChatGPT-də böhran

Sem Altman keçən həftənin cümə günü ChatGPT-nin inkişaf etdirici şirkəti olan OpenAI-nin baş direktoru vəzifəsindən qovulub.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərardan sonra İdarə Heyətinin Üzvü Qreq Brokman da istefa verib və Microsoft-un yeni süni intellekt tədqiqat komandasına qoşulub .

Həftə sonu OpenAI-nin idarə heyəti və tərəfdarları, qısa müddətə müvəqqəti baş direktor təyin edilmiş CTO Mira Murati də daxil olmaqla, Altmanın mümkün qayıdışı üçün direktorlar şurasını əvəz etmək üçün namizədləri yoxlamağa başladılar.

Şerin yeni baş direktor təyin olunması şirkət daxilində çaşqınlıq yaradıb.

İşçilərin bazar günü Şeri ilə planlaşdırılan fövqəladə yığıncaqda iştirak etməkdən imtina etdikləri və OpenAI-nin Slack platformasında edilən elana təhqiramiz cavab verdiyi bildirildi.

OpenAI-də çalışan 700-dən çox insan idarə heyətinin istefası və Altmanın işinə bərpası üçün imza toplayıb. Bildirilib ki, bu çağırışa OpenAI-nin həmtəsisçisi İlya Sutskever də imza atıb.

Günel Məlikzadə
Fins.az