Tibb

20 Noyabr

OpenAI-dan qovulan Sam Altman Microsoft-a qoşulur

OpenAI-nin həmtəsisçisi Sam Altman Microsoft-a qoşulacaq və yeni daxili süni intellekt komandasına rəhbərlik edəcək. Bunu Microsoft-un baş direktoru Satya Nadella bazar ertəsi LinkedIn-də yazıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  digər tərəfdən, keçən həftə ayrılan OpenAI-nin başqa bir bossu və həmtəsisçisi Greg Brockmanın Altmana qoşulacağını ifadə edən Nadella, Microsoft-un "iki yüksək səviyyəli menecerə öz işləri üçün lazım olan resursları təmin etmək üçün sürətlə hərəkətə keçəcəyini" söylədi.

“Biz OpenAI ilə tərəfdaşlığımıza sadiq qalırıq və məhsulun yol xəritəmizə, Microsoft Ignite-da elan etdiyimiz hər şeylə innovasiyaları davam etdirmək qabiliyyətimizə və müştərilərimizə və tərəfdaşlarımıza dəstək olmağa davam etmək qabiliyyətimizə əminik”, - Nadella yazıda bildirib. 

Günel Məlikzadə
Fins.az