Tibb

20 Noyabr

İlon Mask:"OpenAl CEO-nu niyə işdən çıxardığını izah etməlidir"

Tesla və SpaceX-in baş direktoru Elon Musk ChatGPT-ni inkişaf etdirən OpenAl-ın baş direktoru Sem Altmanın işdən çıxarılmasına münasibət bildirib. Altmanın işdən çıxarılmasının süni intellektin təhlükəsinin göstəricisi olduğunu müdafiə edən Musk, “OpenAl-ın idarə heyəti ictimaiyyətə niyə belə sərt bir qərar vermək məcburiyyətində olduğunu izah etməlidir” dedi. 

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur chat bot ChatGPT-ni inkişaf etdirən OpenAI, Altmanın keçən cümə günü işdən çıxarıldığını açıqladı. "Biz artıq Altmanın liderliyi davam etdirə biləcəyinə əmin deyilik" dedi şirkət. 

Günel Məlikzadə
Fins.az