Tibb

19 Noyabr

PlayStation-dan Apple ilə müqavilə

Apple və Sony PlayStation 5 sahiblərinə altı aya qədər pulsuz Apple Music abunəliyi verən yeni müqavilə təklif etmək üçün razılığa gəldilər.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, PlayStation 5-ə sahib olan yeni istifadəçilər altı aylıq pulsuz Apple Music abunəliyi əldə edirlər.

6 aylıq ödənişsiz abunəliyə başlamaq istəyən istifadəçilər Apple ID ilə PlayStation 5-də Apple Music tətbiqinə daxil olaraq təklifdən yararlana bilərlər.

Təklif bu gündən başlayıb və 15 noyabr 2024-cü il tarixinə qədər davam edəcək.

Digər tərəfdən, istifadəçilərin yalnız PlayStation 5 konsolu daxilində bu fürsətdən yararlana bildikləri, lakin abunə olduqdan sonra Apple Music tətbiqini dəstəkləyən istənilən cihazda mahnı dinləyə bildikləri qeyd edilib.

Günel Məlikzadə
Fins.az