Tibb

16 Noyabr

Yeni təfərrüatlar: iPhone 16 Pro və Ultra xüsusiyyətləri ortaya çıxdı!

Apple son aylarda iPhone 15 seriyasını təqdim edib. Yeni modellər smartfon bazarında böyük marağa səbəb olub. İndi bütün diqqətlər texnologiya nəhənginin gələn il təqdim edəcəyi iPhone 16 seriyasındadır. Böyük maraqla gözlənilən iPhone 16 seriyasındakı Pro və Ultra modellərinin texniki xüsusiyyətləri nələr olacaq? Budur, bütün məlum olanlar, yeni detallarla birlikdə...

iPhone 16 Pro və Ultra-nın xüsusiyyətləri nə olacaq?
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, iPhone 16 seriyasının əsas model Plus, Pro və Ultra modellərindən ibarət olacağı gözlənilir. Bu nöqtədə, ən yaxşı Pro və Ultra modelləri olduqca maraqlıdır. Çünki onlar serianın digər üzvlərindən daha yüksək xüsusiyyətlərə malik olacaqlar.

Bu yaxınlarda açıqlanan detallara görə, iPhone 16 Pro və Ultra müvafiq olaraq 6,3 düym və 6,9 düymlük ekranlarla gələcək. Bu ekran MLA texnologiyası ilə dəstəklənən OLED olacaq. Bilməyənlər üçün MLA üçüncü nəsil OLED texnologiyasıdır.

Smartfonlarda iPhone 15 modelləri kimi Haptic düyməsi olacaq. Bildiyiniz kimi, Apple iPhone 14 seriyasına qədər səssiz rejim üçün yandırma/söndürmə düyməsini yerləşdirib. iPhone 15 seriyası ilə istədiyiniz funksiyaya təyin edə biləcəyiniz Haptic düyməsi təqdim edildi. Bu düymə iPhone 16 seriyasına da daxil ediləcək. Bundan sonra Capture Button adlı başqa bir düymənin olacağı gözlənilir. Amma onun funksiyasının nə olacağı məlum deyil.

Bildirilir ki, iPhone 16 Pro və iPhone 16 Ultra modelləri Apple 18 Pro prosessoru ilə təchiz ediləcək. Ancaq hər iki modelin 48 Meqapiksellik ultra geniş bucaqlı kameraya sahib olacağı bildirilərkən, Pro modelində 5x telefoto obyektivinin olacağı iddia edilir.

iPhone 16 seriyasının gələn ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Murad Abdullayev
Fins.az