Tibb

15 Noyabr

BSC Consulting-in “İnsan Resurslarının əsas fəaliyyəti və özəllikləri”  təlimi Gəncədə baş tutacaq

BSC Consulting-in “İnsan Resurslarının əsas fəaliyyəti və özəllikləri”  təlimi Gəncədə baş tutacaq.

Bu barədə Fins.az-a BSC-dən məlumat verilib.

Gəncədə yaşayanların nəzərinə!

HR olmaq istəyirsiniz?
Amma hardan başlayacağınızı bilmirsiniz?

Elə isə BSC Consulting-in təşkil etdiyi “İnsan Resurslarının əsas fəaliyyəti və özəllikləri” seminarı sizin üçündür!

Bu təlimdən siz,

- İnsan Resursları sahəsi barədə ətraflı məlumat,
- İnsan Resursları üzrə mütəxəssislərin şirkətlərin idarəetməsində rolu barədə məlumat,
- İnsan Resursları üzrə mütəxəssis olmaq istəyənlərin haradan, necə başlamalı olduğu barədə peşəkar və dəyərli məsləhətlər əldə edəcəksiniz!

Seminarın spikerləri kimlərdir?
1. Təhminə Dəmirova
BSC Consulting şirkətinin İnsan Resursları Departamentinin Rəhbəri

2. Günel Mövsümova
Tədris və İnkişaf üzrə menecer

3. Şəfəq Visali
İnsan Resursları üzrə koordinator

İştirak üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

Proqram haqqında ətraflı məlumat almaq üçün (+994 55) 215 39 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

BSC Consulting 25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur.