Tibb

18 Noyabr

Google-dan süni intellekt hərəkəti

Google-un DeepMind şirkəti bir dəqiqədən az müddətdə 10 günlük dəqiq proqnozlar hazırlamaq üçün onilliklərin tarixi hava şəraitindən istifadə edən süni intellekt modeli hazırlayıb.

Fins.az Science jurnalında dərc edilən araşdırmaya istinadən xəbər verir ki, GraphCast, sınaqdan keçirilmiş ölçmələrin təxminən 90 faizində Avropa Orta Menzilli Hava Proqnozları Mərkəzinin qızıl standart proqnoz modelini üstələyib.

Tədqiqat süni intellekt modelinin ən ağır hava şəraitini proqnozlaşdırarkən də yaxşı performans göstərdiyini ortaya qoydu.

Kompüter modelləri uzun müddətdir proqnozların mərkəzində olsa da, dəyişən iqlim hava hadisələrini daha gözlənilməz və potensial dağıdıcı edib.

DeepMind bildirib ki, onun sistemi qasırğalar kimi ekstremal hava hadisələrini, o cümlədən siklonların yollarını izləmək və kəskin temperaturları proqnozlaşdırmaq imkanı verir.

Günel Məlikzadə
Fins.az