Tibb

15 Noyabr

Matchmaker xüsusiyyəti X/Twitter-ə gəlir

Musk bu yaxınlarda öz işçilərinə platformanın vahid, hər şeyi əhatə edən tətbiqə çevrilmək prosesində olduğunu söylədi.

Fins.az “The Verge” istinadən xəbər verir ki, hazırda X adlanan platformanın sahibi Mask X-in uğur qazanması üçün YouTube, LinkedIn, FaceTime, tanışlıq proqramları və bütün bank sektoru ilə rəqabət aparmaq istəyir.

Mətbuata açıq keçirilən şirkətdaxili X toplantısında "Tanışlıq" funksiyasının platformaya gələcəyi açıqlandı. Hər şeyi tək bir tətbiqə daxil etmək istəyən Musk, bu xüsusiyyəti ilə Tinder kimi tanışlıq proqramları ilə yarışmaq istəyir.

Nəhayət, LinkedIn ilə rəqabət aparmaq üçün platformada iş tapa biləcəyini açıqlayan Musk, tanışlıq xüsusiyyəti sayəsində istifadəçilərin paylaşımlarına görə uyğun insanları uyğunlaşdıra biləcək.

Xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi hələ bilinməsə də, tezliklə platformada istifadəyə veriləcəyi gözlənilir.

Günel Məlikzadə
Fins.az