Tibb

18 Noyabr

YouTube-dan süni intellekt tədbiri

YouTube, son bloq yazısında qeyd olunduğu kimi, süni intellekt tərəfindən istehsal olunan "dərin saxta" videolar üçün iki məzmun təlimatı tətbiq edəcək.

Bildirilib ki, bu addımla platforma musiqi sənayesi tərəfdaşlarını qorumaq üçün qaydalar müəyyən edəcək.

Fins.az “The Verge”ə istinadən  xəbər verir ki,  məzmun yaradıcıları bunu videoların yüklənməsi zamanı süni intellekt tərəfindən hazırlanmış məzmunda qeyd etməli olacaqlar.

Məzmunun yanlış etiketlənmədiyi və ya süni intellekt tərəfindən istehsal edildiyi bildirilmədiyi təqdirdə videonun yayımdan silinəcəyi bildirilib.

Həmçinin qeyd olunub ki, “YouTube” süni intellektin yaratdığı məzmunun dəqiq aşkarlanmasına sərmayə qoymağı planlaşdırır.

Platforma həmçinin istifadəçilərə şəxsiyyəti müəyyən edilə bilən şəxsin kimliyini göstərən videoların silinməsini tələb etməyə imkan verəcək.

Süni intellektlə sənətçilərin səsini təqlid edən musiqi məzmunlarının platformadan silinəcəyi də bildirilib.

Günel Məlikzadə
Fins.az