Tibb

13 Noyabr

Ən sürətli Apple cihazlarının siyahısı!

Apple sentyabrın əvvəlində keçirdiyi tədbirdə iPhone 15 seriyası da daxil olmaqla ən yeni məhsullarını təqdim etdi. Bu kontekstdə şirkətin məhsul çeşidi genişləndi və hətta AnTuTu kimi platformalar tərəfindən hər ay dərc edilən hesabatlarda əhəmiyyətli dəyişikliklər baş verdi. Beləliklə, hazırda qlobal miqyasda istehsalçının ən sürətli cihazları hansılardır? Budur ən sürətli Apple cihazlarının siyahısı!

Fins.az AnTuTu-ya istinadən xəbər verir ki, istifadəçiləri ən çox maraqlandıran  iPhone 15  seriyasının necə performans göstərəcəyi idi. Əslində, standart və Pro modellərinin fərqli prosessorlarla işləməsi beyinlərdə sual işarələrini daha da artırıb.
AnTuTu- nun məlumatına görə , oktyabr ayında qlobal miqyasda ən sürətli Apple cihazı 2 milyon 145 min 348 xalla 12,9 düymlük iPad Pro 6 olub. Son zamanlar zirvədə olan planşeti 2 milyon 7 min 816 xalla qardaşı 11 düymlük iPad Pro 4 izlədi.

Siyahıda üçüncü yerdə ötən aylara damğasını vuran və uzun müddət zirvədə qalan 12,9 düymlük iPad Pro 5 qərarlaşıb. 1 milyon 851 min 927 xal toplayan cihazı 1 milyon 766 min 49 xalla 11 düymlük iPad Pro 3 izləyir.

Qeyd edək ki, iPhone 15 Pro hazırda ən güclü mobil prosessorlardan biri olan Apple A17 Pro ilə təchiz edilib. iPhone 15 Pro altıncı, 15 Pro Max isə yeddinci yerdədir.

Günel Məlikzadə
Fins.az