Tibb

07 Noyabr

OpenAI GPT-4 Turbo təqdim edib

ABŞ-da yerləşən süni intellekt şirkəti Open AI, ChatGPT-ni gücləndirən yeni GPT dil modelləri olan GPT 4 Turbo-nu inkişaf etdirdiyini açıqladı. Turbo versiyası mühüm yeniliklərlə gəldi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkət GPT 4-ün turbo versiyasını “daha ​​güclü və daha ucuz” kimi təsvir edir . GPT-4 Turbo-nun iki versiyası mövcud olacaq. Biri sırf mətn analizini həyata keçirən versiya, digəri mətn və şəkillərin kontekstini anlayan ikinci versiyadır. Mətn analitika modeli bu gündən etibarən API vasitəsilə ilkin baxışda mövcuddur . OpenAI, hər ikisini qarşıdakı həftələrdə ümumi istifadəyə verməyi planlaşdırdığını söylədi.

OpenAI Bloq yazısında yazıb:

"GPT-4 Turbo, GPT-4 ilə müqayisədə bir sıra təkmilləşdirmələrə malikdir, bunlardan biri sorğulara cavab verərkən istifadə oluna bilən daha yeni bilik bazasıdır. Bütün dil modelləri kimi, GPT-4 Turbo da sözlərin proqnozlaşdırılması üçün statistik alətdir. GPT-4 2021- ci ilin sentyabrına qədər veb məlumatları ilə öyrədildi, lakin GPT-4 Turbo-nun bilik limiti 2023-cü ilin aprel ayıdır ".

Yeni süni intellektə əsaslanan dil modelində istifadəçilərin seçim edə biləcəyi altı səs olacaq. Bununla da istənilən sualın cavabını müxtəlif səslərlə eşitmək mümkündür. Onu da əlavə edək ki, model tərtibatçılar üçün GPT 4-dən 3 dəfə ucuz olacaq. Önümüzdəki həftələrdə təqdim olunacaq GPT 4 Turbo hazırda tərtibatçılar üçün önizləmə mərhələsindədir.

 

Günel Məlikzadə
Fins.az